Olimpik Star və Niaqara restoranının yaxınlığında, eyni zamanda Tibb Universiteti, ASAN Xidmət və Ege Hospitala yaxın, Səməd Vurğun küçəsi ilə Həsən Əliyev küçəsinin kəsişməsinə yaxın prestijli və əlverişli ərazidə yerləşən yeni tikili binada geniş və funksional ofis icarəyə təqdim olunur.
Ayrı giriş-çıxışa malik olan ofis binanın 2-ci mərtəbəsində yerləşir. Ümumi sahəsi 330 kvadratmetr təşkil edən obyekt geniş və rahat planlaşdırılması ilə seçilir.
Ofisdə 5 otaq, 1 mətbəx, 3 sanuzel və giriş hissəsində böyük zal mövcuddur. Geniş zal istəyə uyğun olaraq əlavə otaqlara bölünə bilər ki, bu da müxtəlif biznes fəaliyyətləri üçün rahat imkan yaradır.
Obyekt ofis, tədris kursları, IT şirkətləri, klinika, konsaltinq mərkəzləri və digər biznes sahələri üçün ideal seçimdir. Ərazi həm prestijli, həm də infrastruktur baxımından çox əlverişlidir.
Biznes fəaliyyəti üçün tam hazır və geniş imkanlara sahib olan bu ofislə maraqlanan real şəxslər əlaqə saxlaya bilər,ofis haqqı 30% təşkil edir