İcarəyə verilir 2 otaqlı yeni tikili 60 m², Ağ şəhər q.
Şəhərin ən elit ərazilərindən biri olan Ağ Şəhərdə, Nizami Parkı və Fəvvarələr Meydanının yaxınlığında yerləşən, London üslubunda inşa olunmuş prestijli "Knightsbridge Residence" kompleksində, 2 otaqlı modern dizaynlı əla təmirli mənzil kirayə verilir.
Mənzil komfortlu və rahat yaşam üçün zəruri olan bütün müasir mebel və məişət texnikası ilə tam təchiz olunub. İstilik sistemi kombidir, isti döşəmə ilə təchiz olunub. Hər otaqda kondisioner mövcuddur. Biri yataq otağında olmaqla 2 sanitar qovşaq var
Kompleksin üstünlükləri:
* 7/24 mühafizə və təhlükəsizlik xidməti
* Yalnız sakinlər üçün nəzərdə tutulmuş qapalı həyət
* Yeraltı avtodayanacaq
Ətraflı məlumat və baxış üçün əlaqə saxlaya bilərsiniz.
Qeyd: Şirkətin xidmət haqqı icarə götürən tərəfindən 30% təşkil edir.